Çexiya atəşkəsin Ukrayna üçün nəticələrini açıqlayıbbackend

Çexiyanın xarici işlər naziri Yan Lipavski “European Pravda”da dərc olunan məqaləsində bildirib ki, Ukrayna üçün atəşkəs bu ölkənin Avropa İttifaqı və NATO-dakı yerini itirməsi demək olacaq.

“Ərazi qazanclarını donduran və ya Ukraynanı Avropa və transatlantik birlikdə layiqli yerindən məhrum edən atəşkəs Kreml üçün bir mükafat olardı”, Lipavski izah edib.

Lipavski əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın “xüsusi hərbi əməliyyatın əsas məqsədi olan rus xalqının maraqları uğrunda mübarizəni” davam etdirmək niyyətindən danışıb.