Ukraynadan Çexiyaya neft tədarükü bu ilin sonuna qədər əvvəllər Rusiya neftinin daşınması üçün istifadə edilən Drujba boru kəməri vasitəsilə başlaya bilər. Bu barədə Çexiya Radiosu ČRo mənbələrə istinadən məlumat verib.
Nəşr bildirib ki, “Ukrayna nefti Çexiyaya nəql edilə bilər və bununla da Drujba boru kəməri canlana bilər. Ukrayna mənşəli neft yaxın gələcəkdə Çexiyaya axmağa başlamalıdır”.
ČRo-nun məlumatına görə, iki Çexiya neft emalı zavodunun sahibi olan Polşa şirkəti Orlen xam neftin mümkün alınması ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar aparır.














