Çexiya öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarına gəlibbackend

Çexiyanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək lazımdır. Çexiyanın echo24 nəşri yazır ki, bunu respublikanın baş naziri Petr Fiala deyib.

“Mən bu addımı atmalı olduğumuza inananlardanam. Vacib olan sadəcə vaxt və kontekstdir” dedi.

Fiala vurğulayıb ki, Çexiya digər Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində belə bir addım atmalıdır. Onun sözlərinə görə, artıq Qüdsdə ABŞ, Kosovo, Honduras, Qvatemala və Papua-Yeni Qvineyanın səfirlikləri yerləşir.

Çexiyanın baş naziri əlavə edib ki, səfirliyin köçürülməsi İsrailə əsl kömək olacaq.

“Yaxın Şərqdə münaqişənin gərginləşməsi işləri sürətləndirmir, əksinə, yavaşlatır”, – Fiala yekunlaşdırıb.