Çexiya prezidenti parlamentarinin Ukraynaya yardımla bağlı açıqlamasından narahatlığını bildiribbackend

Çexiya Prezidenti Petr Pavel Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxan Deputatlar Palatasının sədri Tomio Okamuranın açıqlamasını Çexiya hökuməti ilə müzakirə edəcək.

O, bu barədə sosial media səhifəsi X-də məlumat verib.

“Üçüncü ən yüksək konstitusiya vəzifəli şəxsi olan Deputatlar Palatasının sədrinin açıqlaması təkcə vətəndaşlarımız arasında deyil, həm də xaricdə, müttəfiqlərimiz və tərəfdaşlarımız arasında narahatlıq doğurur. Mən bunu koalisiya hökumətinin Baş naziri ilə növbəti görüşümdə və konstitusiya vəzifəli şəxslərinin görüşündə müzakirə edəcəyəm”, – deyə Petr Pavel qeyd edib.