Çexiya prezidenti Petr Pavel hesab edir ki, Donald Trampın vəd etdiyi kimi, Ukraynadakı münaqişəni 24 saat ərzində bitirmək mümkün deyil.
O, bunu Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) YouTube kanalında yayımlanan Praqa Müdafiə Sammiti konfransında bildirib.
“Hazırda bir çox ölkə Donald Trampın, xüsusən də 24 saat ərzində müharibəni bitirmək barədə sözlərindən sonra dəyişiklik gətirəcəyinə ümid edərək yeni administrasiyanı gözləyir. Bunun mümkün olduğunu düşünmürəm…” deyə Çexiya prezidenti bildirib.