Çexiya prezidenti Petr Pavel üçüncü ölkələrdən 800 min artilleriya mərmisinin Ukraynaya göndərilməsi üçün vəsaitin yığıldığını bildirib. Bu barədə dnes.cz məlumat yayıb.
Beləliklə, Pavelin fikrincə, Çexiyanın Qərb dövlətləri hesabına Kiyev üçün artilleriya mərmiləri almaq təşəbbüsü uğurlu oldu.
Bundan əvvəl Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreit bildirmişdi ki, Almaniya Çexiya təşəbbüsünə qoşulmağı planlaşdırır və bu təşəbbüs çərçivəsində respublika üçüncü ölkələrdən Ukrayna üçün 800 min mərmi almaq niyyətindədir.
Mənbə: dnes.cz