Çexiya prezidenti Ukraynaya çex sülhməramlılarını göndərməyə hazırdırbackend

Çexiya prezidenti Petr Pavel beynəlxalq qüvvələrin tərkibində sülh sazişinə əməl olunmasını təmin edəcək çex sülhməramlılarının Ukraynaya yerləşdirilməsini mümkün adlandırıb.

İctimai.az Çexiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə “European Pravda” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan güclü Avropa dövlətləri qrupu varsa, o zaman Çexiya da onların sırasında olmalıdır.

Pavel onu da bildirib ki, onun ölkəsi artıq “istəklilər koalisiyası”nın – sülhməramlı qüvvələrin yaradılması imkanlarını müzakirə edən bir qrup ölkələrin işində iştirak edir.