Çexiyanın “Novinky” nəşri Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukrayna Çexiyadan T-72M4CZ tanklarını modernləşdirmədiyi üçün ala bilməyəcək.
Modernləşdirilməsi və sonradan Ukraynaya təhvil verilməsi planlaşdırılan tanklar bu il çoxsaylı idarəetmə sınaqlarından keçib, lakin heç bir müsbət nəticə əldə edilməyib. T-72M4CZ-ni silahlanmaya qəbul etmək üçün atəş idarəetmə sisteminə əlavə investisiyalar tələb olunur ki, bu da döyüş maşınının qiymətini xeyli artıracaq. Buna görə də Çexiya Müdafiə Nazirliyi tank modernləşdirmə layihəsini ləğv etmək niyyətindədir və tanklar Ukraynaya təhvil verilməyəcək.
22 oktyabrda Kanada hakimiyyətinin Ukraynaya təhvil verilməsi nəzərdə tutulan 25 ədəd istismardan çıxarılmış yüngül zirehli döyüş maşınının təmiri ilə bağlı müqaviləni ləğv etdiyi bildirilib.














