Çexiyada başı qatarla vağzal arasında qalan futbol azarkeşi xilas edilibbackend

“Bild” xəbər verir ki, Çexiya polisi dəmiryol vağzalında başı qatarla platforma arasındakı boşluğa ilişmiş futbol azarkeşini xilas edib.

Patrul şəxsi huşsuz və təhlükəli vəziyyətdə aşkar edərək onu azad edə bilib. O, platformada özünə gəlib. Onun zədələnməsinə səbəb ağır alkoqol intoksikasiyası olub.

Azarkeş Almaniyadan Avropa Liqasının “Viktoriya Plzen” – “Frayburq” matçında qolsuz bərabərliklə başa çatan oyununa getmişdi. Polis izah etdi ki, o, sərxoş halda stansiyada azıb, lazımi qatarı tapa bilməyib, müvazinətini itirib və yıxılıb.

Heç bir cinayət əməli aşkar edilməyib. Daha sonra xəstəxanaya gedib.