Çexiyada iki il ərzində ukraynalı qaçqınlara verilən müavinətlərin məbləği açıqlanıbbackend

Döyüş əməliyyatları başlayandan Çexiyaya gələn ukraynalı qaçqınlara təxminən 710 milyon dollar məbləğində humanitar müavinət verilib, İdnes Çex Respublikasının Daxili İşlər Nazirliyi və Əmək Nazirliyinə istinadən xəbər verir.

“Son iki il ərzində Çexiyada müdafiə vizası almış yüz minlərlə ukraynalı qaçqın da humanitar müavinət olaraq ümumilikdə 13,33 milyard kron (təxminən 710 milyon dollar) alıb”.

Fevralın 18-də “Le Figaro” yazıb ki, fransızların əksəriyyəti Ukraynaya humanitar yardımın davam etdirilməsinin tərəfdarıdır.

Mənbə: A Haber