Çexiyada iki tramvay toqquşub, 30-dan çox adam xəsarət alıbbackend

Çexiyanın Pilsen şəhərində iki tramvay toqquşub.

Məlumata görə, Çexiyanın Pilsen şəhərinin Karlovı Varı küçəsində iki tramvay toqquşub.

İlkin xəbərə görə, hadisə zamanı uşaqlar da daxil olmaqla, təxminən 30-35 nəfər xəsarət alıb. Yanğınsöndürənlər əzilmiş tramvaylardan insanları çıxarır, həkimlər zərərçəkənlərə yardım göstərir.

Mənbə: RİA