Yerli “Seznam” xəbər agentliyinin məlumatına görə, Çexiyanın keçmiş baş naziri Andrey Babişin rəhbərlik etdiyi ANO (Narazı Vətəndaşların Fəaliyyəti – redaktorun qeydi) siyasi hərəkatı Çexiyada keçirilən parlament seçkilərində səslərin təxminən 90%-nin hesablanmasından sonra liderlik edir.
Hazırda müxalif siyasi qüvvə 36,07 faiz səsə malikdir. İkinci yerdə 22,19 faizlə hakim “Birgə” koalisiyası qərarlaşıb. Onların STAN-dan olan müttəfiqləri 10,91%-lə siyahıda üçüncüdür.
Yekun nəticələrin bu axşam açıqlanacağı bildirilir.