Çexiyadakı qaraçılar ukraynalı miqrantlardan müdafiə istəyiblərbackend

Çexiyanın Pardubitsa şəhərindəki qaraçılar aqressiv ukraynalı miqrantlardan qorunmağı xahiş ediblər.

Bu barədə Ceska Televize telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qaraçılar şəhər dəmir yolu vağzalından şəhər mərkəzinə doğru yürüş ediblər. Nümayişin səbəbi şənbə günü ukraynalı miqrantlarla yerli qaraçılar arasında baş vermiş və təxminən 20 nəfərin iştirak etdiyi dava olub.

Yalnız polisin gəlişi ilə başa çatan dava nəticəsində bir qaraçı yaralanıb. O, üzündən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

“Biz hökumətin diqqətini ona yönəltmək istəyirik ki, biz də Çexiya vətəndaşıyıq və şəhərdə silahla gəzmirik və hücum etmirik. Biz dinc yaşamaq istəyirik. Qaraçılar arasında vəziyyət gərgin olduğu üçün buradayıq. Bu şənbə hadisəsi unikal deyil”, – deyə etirazçılardan biri olan Ferdinand Banik bildirib.

Mənbə: Lenta.ru