Çexiya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb və xarici ölkənin də bu işə qarışması ehtimalı var. Bu barədə “Novinky” nəşri baş nazirin birinci müavini və departament rəhbəri Vita Rakuşana istinadən məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin rəhbəri Vit Rakusan idarənin kompüter sistemlərinə haker hücumu barədə məlumat verib. Nazirin sözlərinə görə, bu, ransomware deyil, yəni fidyə almaq məqsədilə məlumatların oğurlanması ilə bağlı deyil. Rakusan hücumda xarici dövlətin də iştirakını istisna etməyib”, – o bildirib.
Eyni zamanda, nazirin dediyi kimi, Çexiya vətəndaşlarının məxfi və şəxsi məlumatlarının sızması baş verməyib.
“Hadisə polisin, yanğınsöndürmə idarəsinin və ya əsas dövlət reyestrlərinin İT sistemlərinə aid deyil” deyə Rakusan aydınlaşdırıb.