Çexiyanın baş naziri Petr Fiala X sosial şəbəkəsində yazıb ki, Praqa iyulun 18-də Kiyevlə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.
O qeyd edib ki, iyunun 27-də Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə tərəflərin Vaşinqtonda keçiriləcək NATO sammitinə qədər Çexiya-Ukrayna sazişinin mətni üzrə danışıqları başa çatdırmaq barədə razılığa gəlib.
“Biz bunu iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində imzalayacağıq”.
Mənbə: Haber Global

