Ceyhun Bayramov Türkiyəyə səfər edəcəkbackend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.

İctimai.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər sabah, avqustun 27 gerçəkləşəcək.

Səfər zamanı Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı, regional və beynəlxalq məsələlərin də müzakirəsi nəzərdə tutulur.