Cherin oğlu həddindən artıq dozada dərman qəbul edərək xəstəxanaya yerləşdirilibbackend

Müğənni Cher və prodüser Qreqq Allmanın oğlu İlyas Blu Allman ABŞ-da həddindən artıq dozada dərman qəbul etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Bu barədə TMZ məlumat yayıb.

48 yaşlı İlyas iyunun 14-də səhər saatlarında xəstəxanaya aparılıb. Həmin şəxsin hansı dərmanlardan istifadə etdiyi məlum deyil. Nəşrin məlumatına görə, həkimlər məşhurun ​​oğlunu xilas edə bilib.

Mənbə qeyd edib ki, Çer oğluna lazımi köməklik göstərmək üçün əlindən gələni edir.

Keçmişdə İlyas narkomaniya ilə mübarizəsindən açıq danışıb. Xüsusilə, 2014-cü ildə o, narkotik qəbuluna cəmi 11 yaşında başladığını etiraf edib.