Çili diktatoru Pinoçet Argentinanın ən yüksək ordenlərindən məhrum edilib

Çili diktatoru general Augusto Pinochet (1915-2006) Argentinanın dövlət ordenlərindən məhrum edilib. RİA Novosti xəbər verir ki, bu barədə ölkə prezidenti Alberto Fernandes sərəncam imzalayıb.

Argentina rəhbərinin qərarı Pinoçetin və onun xələflərinin May ordeni və San Martini azad edən ordeninin nişanlarından istifadə etmək hüququnu ləğv edir.

Prezidentin sözçüsü Qabriela Serruti bildirib ki, Pinoçet Argentina xalqının minnətdarlığına layiq deyil, çünki o, insanları əsarət altına alan, onların həyat şəraitini pisləşdirən siyasət yürüdən insandır. Pinoçetin hərəkətləri Argentinanın dəyərlərini və rəhbər prinsiplərini təhqir edir.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər