Çili indiyədək Venesueladakı seçkilərin nəticələrini tanımaqdan çəkinibbackend

Çili hələlik Venesuelada keçirilən prezident seçkilərinin nəticələrini tanımaqdan çəkinəcək.

Bu barədə ölkənin xarici işlər naziri Alberto van Klaveren X platformasındakı (keçmiş Twitter) hesabında yazıb.

O bildirib ki, Santyaqo bu yaxınlarda keçirilən səsvermə ilə bağlı beynəlxalq müşahidəçilərin qənaətlərini gözləmək niyyətindədir. Həmçinin, respublika hakimiyyəti Venesuelada müxalifətin nəzərdən keçirməli olduğu bütün aktların yoxlanılmasının gedişatına nəzarət edəcək.

“Biz yoxlanılmamış nəticələri tanımaqdan çəkinəcəyik”, – deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.