Çin 1,7 milyon dollarlıq saxta Labubu satışını dayandırıbbackend

Şanxay polisi 12 milyon yuan (1,7 milyon dollar) dəyərində saxta Labubu oyuncaqlarının satışını dayandırıb.

Bu barədə yerli “Yicai” nəşri məlumat yayıb.

Polis 5000 ədəd saxta mal partiyasını ələ keçirib. Saxtalar məşhur oyuncaqların nadir modellərini təqlid ediblər.

Qeyd olunur ki, saxta məhsul istehsalçıları məhsulların rəsmi satışı ilə məşğul olan “Pop Mart” şirkətindən razılıq almayıblar.

Bundan əvvəl amerikalı köşə yazarı Mark Magnier South China Morning Post üçün yazdığı məqalədə Çinin Pop Mart şirkətinin Laboo oyuncağının Çinin Qərbdəki yumşaq gücünün ötürücü kanalına çevrildiyini bildirmişdi.