Çin “süni günəş” kimi tanınan BEST eksperimental sintez reaktorunun tikintisini 2027-ci ildə başa çatdırmağı planlaşdırır.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq X sosial media platformasında məlumat verib.
Mao Ning yazıb: “Yanan plazma ilə eksperimental superkeçirici tokamakın tamamlanması 2027-ci ilə planlaşdırılır”.
Diplomatik sözçünün qeyd etdiyi kimi, Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutu tərəfindən hazırlanan qurğu dünyada elektrik enerjisi istehsal edən ilk qurğu ola bilər. Reaktor Anhui əyalətinin Hefey şəhərində tikilir.
Çəkisi 400 tondan çox olan qurğu nəhəng termos kimi işləyir. Onun superkeçirici maqnitləri deyterium və tritium plazmasını saxlamaq üçün -269°C-ə qədər soyudulur.












