Çin ABŞ-a Tayvanla bağlı öhdəliklərini xatırladıb

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Pekin ABŞ-dan adaya silah tədarükünü dayandırmaq üçün Tayvana qarşı öhdəliklərini yerinə yetirməsini gözləyir. Onun sözlərini TASS sitat gətirir.

O, Çinin Balidə keçirilən G20 sammiti zamanı ABŞ tərəfinin verdiyi bəyanatlara böyük əhəmiyyət verdiyini vurğulayıb.

“Birləşmiş Ştatlar konkret hərəkətlərlə “Tayvanın müstəqilliyini” müdafiə edən qüvvələri dəstəkləməməsi, adanın silahlandırılmasını dayandırması və onun materiklə dinc yolla birləşməsini dəstəkləməməsi mövqeyini bir daha təsdiqləməlidir”, – Vanq Venbin bildirib.

Mənbə: TASS

Oxşar xəbərlər