Ukraynada münaqişənin alovlanmasına görə məsuliyyət ABŞ-ın üzərinə düşür.
Haber Global xəbər verir ki, bunu Pekin Xarici Araşdırmalar Universitetinin Regional və Qlobal İdarəetmə Akademiyasının professoru Cui Hongjian deyib.
“Rusiya ilə Ukrayna tərəfi arasında münaqişənin bu gün bu dərəcədə kəskinləşməsinə görə məsuliyyət, şübhəsiz ki, ABŞ-ın üzərinə düşür”, o vurğulayıb.
Ekspert hesab edir ki, bütün Ukrayna münaqişəsi ərzində ABŞ faktiki olaraq böhranın həlli məsələlərinə diqqət yetirməyib.