Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin TASS-a istinadən verdiyi məlumata görə, Çin Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının dərhal azad edilməsində israrlıdır.
“Heç bir ölkə daxili qaydalarını beynəlxalq hüquqdan üstün tuta bilməz. Çin ABŞ-ı prezident Maduronu və həyat yoldaşını dərhal azad etməyə və onların şəxsi təhlükəsizliyini təmin etməyə çağırır”, – o deyib.















