Çinin Vaşinqtondakı səfirliyinin katibi Liu Penqyu TASS-a bildirib ki, Rusiya və Çin arasında ticarət əlaqələri üçüncü ölkələrin müdaxiləsinə məruz qalmamalıdır.
Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyət Ümumdünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə uyğundur.
“Bu, üçüncü ölkələrə qarşı yönəlməyib və üçüncü ölkələrin müdaxiləsinə və ya təzyiqinə məruz qalmamalıdır”, – diplomat əlavə edib.
Mənbə: TASS