Çin ABŞ-ın Orta mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çıxmasını pisləyibbackend

ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsi (INF Treaty) müqaviləsindən çıxması Çin tərəfindən mənfi qiymətləndirilir. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib.

“ABŞ-ın müqavilədən birtərəfli şəkildə çıxması bir çox aspektlərdə mənfi təsir göstərəcək. Çin ABŞ-ın INF Müqaviləsindən birtərəfli şəkildə çıxmasına qarşıdır”, – Vu Qian bildirib.

Dekabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vaşinqton Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsini (INF Müqaviləsi) ləğv edib, çünki bu sənəddə qadağan olunmuş silahlar ABŞ-a, o cümlədən Çinə qarşı lazım olur.

Mənbə: TASS