Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian verdiyi məlumata görə, Çin ABŞ-ın Pekindən qeyri-qanuni birtərəfli sanksiyalar üçün bəhanə kimi istifadə etməsinə qarşıdır.
Diplomat qeyd edib ki, “Çin Çinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalardan və ekstraterritorial yurisdiksiyadan sui-istifadəyə qəti şəkildə qarşı çıxır”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO-ya üzv dövlətlərə göndərdiyi məktubda Çindən idxal olunan mallara 50-100 faiz rüsum tətbiq etməyi təklif etmişdi. O, bu tədbirin Ukraynadakı hərbi münaqişəyə son qoymağa kömək edəcəyini iddia edib. Tramp atəşkəsdən sonra Çinə tətbiq edilən rüsumların qaldırılacağını vurğulayıb.