Çinin Ümumdünya Ticarət Təşkilatı yanında Daimi Nümayəndəliyindən bildiriblər ki, ABŞ-ın Çini Rusiyadan enerji məhsullarının alınmasını dayandırmağa məcbur etmək cəhdləri iki ölkə arasında münasibətlərə təsir etməyəcək.
“Xeyr, mən belə düşünmürəm”, – Çinin Daimi Nümayəndəliyi ABŞ-ın mövqeyinin Çin və Rusiya arasında enerji müqavilələrinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
Missiya Rusiya-Çin münasibətlərinin “hərtərəfli və dərin” olduğunu vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO-ya üzv dövlətlərə göndərdiyi məktubda Çindən idxal olunan mallara 50-100 faiz rüsum tətbiq etməyi təklif etmişdi. O, bu tədbirin Ukraynadakı hərbi münaqişəyə son qoymağa kömək edəcəyini iddia edib. Tramp atəşkəsdən sonra Çinə tətbiq edilən tariflərin qaldırılacağını vurğulayıb.