Çin ABŞ-ı hər fürsətdə “tarif dəyənəyi” yelləməyi dayandırmağa çağırır.
RİA Novosti xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadonq brifinq zamanı bildirib.
“Çin qeyd edib ki, Birləşmiş Ştatlar bu yaxınlarda bütün ticarət tərəfdaşları üçün güzgü tarifləri adlanan tariflərin tətbiqini elan edib. “Çin bundan dərin narahatdır” dedi He Yadonq.
O, beynəlxalq ticarətin qlobal iqtisadiyyatın inkişafı və bütün ölkələrdə insanların rifah halının yaxşılaşdırılması üçün səmərəli alət olduğunu vurğulayıb. He Yadonq ABŞ-ın ticarət tərəfdaşları üçün gömrük rüsumlarını artırmaq istəyini birtərəfli hərəkətlərin və proteksionizmin tipik nümunəsi adlandırıb.