Rusiya və Çin soya bazarı sayəsində Amerika iqtisadiyyatına gözlənilməz zərbə vurdu. Bu barədə “Baijiahao” nəşri məlumat yayıb.
Məqalədə deyilir ki, Çin uzun müddətdir ki, ABŞ-dan soyanın əsas alıcısıdır. Lakin indi Çin şirkətləri alışların həcmini kəskin şəkildə azaldıb.
Bununla yanaşı, jurnalistlərin fikrincə, Rusiya Uzaq Şərqdə soya istehsalını xeyli artırıb. Üstəlik, ölkə bu məhsulun ixracının həcmini iki dəfə artırıb.