Çinin Vaşinqtondakı səfiri Xie Feng bildirib ki, Çin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək niyyətində deyil və buna cavab olaraq, “Tayvan məsələsi” ilə bağlı oxşar yanaşma gözləyir. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Çin tərəfi Vaşinqtonun dostu və tərəfdaşı olmaq istəyir, Pekin ABŞ-a qarşı oyun oynamır, həmçinin Amerikanın daxili işlərinə, o cümlədən prezident seçkilərinə qarışmaq niyyətində deyil.
Bundan əvvəl məlum olub ki, Çin Donald Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə qıt minerallar və qida ehtiyatı yaradıb.
Mənbə: RİA Novosti