Çin ABŞ mallarına əlavə rüsumları dayandıracaqbackend

Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin saytında verilən məlumata görə, Çin noyabrın 10-dan etibarən ABŞ mallarına əlavə 24%-lik gömrük rüsumunu bir il müddətinə dayandıracaq.

ABŞ mallarına əlavə 10% rüsum qüvvədə qalacaq, qeyd edir.

Sənəddə bunun Çin və ABŞ arasında ticarət-iqtisadi əlaqələrin sağlam, sabit və davamlı inkişafına töhfə verəcəyi və hər iki ölkənin xalqına fayda gətirəcəyi bildirilir.