Çin hakimiyyəti ABŞ administrasiyasının bəzi əməkdaşlarına viza məhdudiyyəti tətbiq etmək qərarına gəlib.
Bu barədə Reuters agentliyi Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qərar Çinin Tibetlə bağlı məsələlərdə “pis davrandığını” bildirən Amerika rəsmilərini hədəf alacaq. Bu bəyanat Vaşinqtonun Tibetin bəzi hissələrinə xaricdən girişi ilə məşğul olan Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etməsindən sonra verilib.