Çin Afrika ölkələrindən gələn bütün malları rüsumlardan azad etməyə hazırdır.
Bu barədə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) liderlərinin 32-ci qeyri-rəsmi görüşündə Çin sədri Si Cinpin bildirib.
“Biz Çin ilə diplomatik əlaqələr quran Afrika ölkələrinə bütün tarif xətləri üzrə 100% rüsumsuz güzəştlər etməyə hazırıq”, – agentlik Si-nin sözlərindən sitat gətirir.
Oktyabrın 30-da Çin lideri və ABŞ prezidenti Donald Tramp Cənubi Koreyada danışıqlar aparıb. Amerika liderinin sözlərinə görə, görüş 10 baldan 12 balla qiymətləndirilib.
 
										











