Çin Aİ-dən gələn süd məhsullarına rüsumlar tətbiq edibbackend

TASS xəbər verir ki, Çin Ticarət Nazirliyinin bəyanatına əsasən, Çin Avropa İttifaqından (Aİ) süd məhsullarına qarşı müvəqqəti anti-subsidiya tədbirləri tətbiq edir.

Məhdudiyyətlər dekabrın 23-dən qüvvəyə minəcək. Qərara əsasən, Aİ şirkətlərinin məhsullarına 21,9%-dən 42,7%-ə qədər əlavə rüsumlar tətbiq olunacaq.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Aİ liderlərinə blokun Çinə qarşı ən sərt ticarət tədbirini tətbiq etməyi təklif etmişdi.