Financial Times iki mənbəyə istinadən xəbər verir ki, Çin xarici şirkətlərə nadir torpaq metalları ehtiyatı saxlamamaq barədə xəbərdarlıq edib.
Məqalədə deyilir: “Pekin alıcılara xəbərdarlıq edir ki, onlar nadir torpaq metallarını və onlardan əldə edilən məhsulları, məsələn, elektrik mühərriklərində istifadə olunan maqnitləri ehtiyata yığsalar, daha ciddi tədarük məhdudiyyətləri ilə üzləşəcəklər”.
Çin səlahiyyətliləri xarici şirkətlərə nadir torpaq metallarını böyük miqdarda ehtiyatda saxlaya bilməyəcəklərini, əks halda çatışmazlıqlarla üzləşəcəklərini bildirirlər. Xaricdə ehtiyatların yığılmasının qarşısını almaq üçün icazə verilən ixrac həcmlərini bilərəkdən məhdudlaşdırırlar.
Mənbələr bildiriblər ki, bundan sonra bu, rıçaq olacaq.