Çin alimləri vakuum qatarını sürətləndirmək üzrə rekorda imza atıblarbackend

Çin mühəndisləri çox tonluq elektromaqnitlə hərəkət edən düz vaqonun cəmi iki saniyə ərzində 700 km/saata sürətlənməsini uğurla sınaqdan keçiriblər.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, bu, belə dizaynlar üzrə dünya rekordu müəyyən edib.

Sınaqın 400 metrlik trasda aparıldığı, maqnitlə hərəkət edən platformanın dayanmadan əvvəl müəyyən olunmuş sürətə qədər sürətləndiyi bildirilir.

Hunan əyalətinin Çanşa şəhərində yerləşən Milli Müdafiə Elm və Texnologiya Universitetinin mütəxəssisləri 10 ildir ki, maqnit levitasiya texnologiyası hazırlayırlar.

Telekanalın məlumatına görə, sınaq nəticələri elektromaqnit dartmadan istifadə edərək vakuum nəqliyyatının inkişafı üçün yeni imkanlar açır. Çində müasir qatarların 350 km/saat sürətə çatdığı məlumdur.