Asiya-Sakit okean regionunun Yaponiya, Koreya, Filippində və Tayvanda yerləşdirilən Amerika raketlərinə ehtiyacı yoxdur. RİA Novosti xəbər verir ki, bu barədə Çinin Filippindəki səfirliyində məlumat verilib.
Pekinin diplomatik missiyası Filippinin Milli Müdafiə Departamentinin Amerika MRC Typhon orta mənzilli raket sistemlərini almaq və ölkədə yerləşdirmək qərarını pisləyib.
“Çin bir daha Filippini region ölkələrinin və xalqlarının çağırışlarına qulaq asmağa, əvvəlki açıq vədlərinə uyğun olaraq MRC Typhon orta mənzilli raket sistemlərini mümkün qədər tez geri çəkməyə və yanlış yola davam etməməyə çağırır”.