Çin Buşehr Atom Elektrik Stansiyasına endirilən zərbələrə münasibət bildiribbackend

Nüvə obyektləri hədəf alınarsa, Yaxın Şərqdəki münaqişə daha da şiddətlənəcək və bu, ağır nəticələrə səbəb olacaq.

RİA Novosti xəbər verir ki, Çinin xarici işlər naziri Vanq bunu Pekində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşdə bildirib.

Diplomat münaqişənin eskalasiyasının və onun qlobal sülhə və regional sabitliyə təsirinin qarşısının alınmasının vacibliyini vurğulayıb.