Çin hakimiyyəti silahlı münaqişələrin qarşısının alınması və bütün dünyada sülhün qorunması üçün beynəlxalq siyasət yürüdəcək.
TASS xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının (“Ağ kitab”) qurumun mətbuat xidməti tərəfindən yayılan hesabatında deyilir.
Qeyd olunur ki, ölkənin qlobal təhlükəsizlik sahəsində təşəbbüsü dünya birliyinin qlobal sabitliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlığın təşviqi, hegemonluq və hədə-qorxu siyasətinə qarşı mübarizə tələblərini nəzərə alır. Məlumata görə, Çin Xalq Respublikasının bu strategiyası bütün dövlətlərin planetdə davamlı sülhün təmin edilməsi istəklərinə uyğundur və eyni zamanda beynəlxalq münaqişələrin uzun müddətdir davam edən səbəblərini aradan qaldırmaq və çağırışlara cavab vermək üçün yeni layihədir.