Aprel ayında Çin gündəlik orta hesabla 11,695 milyon barel neft idxal edib. “İnterfaks” bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verir.
Bu göstərici idxalın son il yarım ərzində ən yüksək həddə çatdığı mart ayı səviyyəsindən 3,4% aşağı olub. Eyni zamanda, ötən ilin aprel ayı ilə müqayisədə tədarüklərin həcmi 7,5% artıb.
Kəmiyyət ifadəsində ölkə ötən ay təxminən 25,28 milyard dollar dəyərində 48,06 milyon ton neft idxal edibsə, martda bu rəqəm 51,41 milyon ton, 2024-cü ilin aprelində isə 44,72 milyon ton olub.














