Çin doğum nisbətini artırmaq üçün bu vergini bərpa edəcəkbackend

The Guardian xəbər verir ki, Çin doğum nisbətini artırmaq və vergi qanunvericiliyini modernləşdirmək məqsədi ilə son 30 ildə ilk dəfə olaraq kontraseptivlərə əlavə dəyər vergisi (ƏDV) tətbiq etməyi planlaşdırır.

1993-cü ildən Çində kontraseptivlər əhaliyə nəzarət siyasətinin bir hissəsi kimi ƏDV-dən azad edilib. Gələn ildən onlara 13% ƏDV tətbiq olunacaq.

Bu tədbir Çinin vergi sisteminin modernləşdirilməsi səyləri çərçivəsində 2024-cü ildə qəbul edilmiş ƏDV qanununda gizlədilib. Qəzet qeyd edir ki, ƏDV ölkənin ümumi vergi gəlirlərinin təxminən 40%-ni təşkil edir.