Çin dünya ictimaiyyətini yeni “soyuq müharibə”yə qarşı xəbərdar etdi

Çinin baş naziri Li Qiang Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində dövlətlər arasında münaqişələrin həlli zamanı dünya ictimaiyyəti üçün yeni soyuq müharibə və blok qarşıdurmasından qaçmağın vacib olduğunu bildirib. Onun sözlərini Reuters agentliyi sitat gətirir.

Li Qiang təşkilatın İndoneziyada keçirilən sammitində “Hazırda tərəf tutmağa, blok qarşıdurmasına və yeni soyuq müharibəyə müqavimət göstərmək çox vacibdir” dedi.

O, həmçinin ölkələr arasında yaranan “ixtilafların və mübahisələrin düzgün həllinə” çağırıb.

Mənbə: Reuters

Oxşar xəbərlər