South China Morning Post (SCMP) xəbər verir ki, Çin ağır gəmilərdə quraşdırmaq üçün toriumla işləyən reaktor hazırlayıb.
Qeyd edilir ki, urandan istifadə edən və güclü soyutma sistemləri tələb edən ənənəvi nüvə reaktorlarından fərqli olaraq, yeni Çin reaktoru daha çox ehtiyata malik daha təhlükəsiz maddə olan toriumla işləyəcək. Məqalədə qeyd olunur ki, əgər uğurla həyata keçirilərsə, o, “kommersiya daşımalarında inqilab yarada bilər”.
Torium reaktorunun Çində hazırlanmaqda olan dünyanın ən böyük konteyner gəmisində quraşdırılması planlaşdırılır. Bu gəmi 14 000 konteyner daşıya biləcək. Toriumla işləyən reaktor 50 MVt elektrik enerjisi istehsal edə biləcək ki, bu da konteyner gəmisini illərlə dənizdə yanacaq doldurmadan işlətməyə kifayət edəcək. Torium reaktoru ilə işləyən gəminin dizayn mərhələsinin 2026-cı ildə tamamlanacağı gözlənilir.












