Çin hakimiyyəti Dalay Lamanın reenkarnasiyası ilə bağlı son qərarı verəcəkbackend

Çinin Tibet Muxtar Vilayətinin Xalq Hökumətinin rəhbəri Qama Sedain mətbuat konfransı zamanı bildirib ki, Dalay Lamanın reinkarnasiyası ilə bağlı yekun qərarı Çin hakimiyyəti verəcək.

“Dalay Lama titulunun tarixi legitimliyi Dalay Lamanın reenkarnasiyası ilə bağlı qərar vermək üçün son və mübahisəsiz hüququ olan mərkəzi hökumətdən gəlir”, – Sedain vurğulayıb.

O xatırladıb ki, Tibet Buddizminin ruhani liderinin reinkarnasiyası Çin daxilində axtarış, qızıl qabdan püşkatma və sonradan mərkəzi hökumət aparatı tərəfindən təsdiqlənmə prinsiplərinə uyğun olaraq baş tutmalıdır.