Çin hakimiyyəti ölkə əhalisini bu cür birliyə daha tez-tez daxil olmağa təşviq etmək üçün nikahın qeydiyyatı prosedurunu sadələşdirib.
Bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.
Belə ki, yeni qaydalara əsasən, qeydiyyat üçün sənədləri təqdim etmək asanlaşıb – üç nəsildə şəxsiyyət vəsiqəsi, hazırkı nikahların və yaxın qohumluq əlaqələrinin olmaması haqqında arayış təqdim etmək kifayətdir. Ev təsərrüfatlarının qeydiyyatı kitabından arayışların təqdim edilməsi tələblər siyahısından çıxarılıb.
Bundan əlavə, Çin hakimiyyəti nikahların yalnız daimi yaşayış yerində bağlanmasına icazə verib ki, bu da yeni evlənənlərin xərclərini azaldacaq.
Qeydiyyat prosedurunun sadələşdirilməsi ilə bağlı qərar son illərdə Çində nikah nisbətinin aşağı düşməsi ilə bağlıdır.