Çin internetdə mənfi emosiyalara qarşı müharibə elan edibbackend

“The Register” Çinin Kiberməkan Administrasiyasının bəyanatına istinadən yazır ki, Çin hökuməti “mənfi emosiyaları qızışdıran” internet istifadəçilərinə qarşı mübarizəyə yönəlmiş iki aylıq kampaniyaya başladığını elan edib.

Bu kampaniyanın bir hissəsi olaraq, səlahiyyətlilər sosial media, qısa video platformaları və Çin onlayn pərakəndə satış şirkətlərinin reklam yerləşdirmək üçün istifadə etdiyi axın xidmətlərinə diqqət yetirməyi planlaşdırır. Bundan əlavə, istifadəçilərin internet üzərindən buraxdıqları şərhlərə nəzarət ediləcək.

Pekinin aradan qaldırmaq niyyətində olduğu məzmunlar arasında zorakılığı təhrik edən material da var ki, bu da digər ölkələrdəki məzmun moderatorlarını narahat edir. Bununla belə, Çin “işin mənasızdır” və ya “təhsil faydasızdır” kimi “mənfi və pessimist hisslərin şişirdilməsini” dayandırmağı da hədəfləyir.