Çinin Milli Rəsədxanası ölkənin cənubuna doğru irəliləyən Matmo tayfunu üçün qırmızı (ən yüksək) həyəcan siqnalı verib.
Bu barədə Sinxua agentliyi agentliyin bəyanatına istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, yaxınlaşan siklonla əlaqədar Haynan adasının Haykou və Vençanq şəhərlərində məktəblər, müəssisələr, hava nəqliyyatı və ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılıb. Oktyabrın 5 və 6-da qatarlar işləməyəcək.
Son məlumatlara görə, tayfun hazırda Vençaqdan təxminən 400 km cənub-şərqdədir. Siklonun mərkəzinə yaxın küləyin sürəti 35 m/s təşkil edir.