Çin Mərkəzi Bankı əsas faiz dərəcəsini 3% səviyyəsində saxlayıbbackend

Çin Xalq Bankı (PBOC) illik baza faiz dərəcəsini dəyişməyərək 3% səviyyəsində saxlayıb.

Bu barədə PBOC-un saytında məlumat verilib.

Beş illik kreditlər üzrə faiz dərəcəsi də dəyişməyərək 3,5% səviyyəsində qalıb. Bu dərəcə şirkətlər və fiziki şəxslər üçün borclanma dəyərinə təsir edir və hakimiyyət orqanları tərəfindən iqtisadi fəaliyyəti stimullaşdırmaq üçün istifadə olunur.

PBOC bu ilin may ayından etibarən baza dərəcəsini dəyişməyib.

LPR hər ay ölkənin 18 ən böyük bankının təklifləri əsasında müəyyən edilir. Onun dəyişiklikləri birbaşa kredit şərtlərinə, o cümlədən ipoteka proqramlarına təsir göstərir.