Microsoft-un oyun tərtibatçısı Activision Blizzard-ı 69 milyard dollara almağı planlaşdırması Çinin antiinhisar tənzimləyicisi tərəfindən təsdiqlənib. Bu barədə “Seking Aplha” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ÇXR Bazar Tənzimləmə Təşkilatı araşdırmanın sonunda əməliyyatın qeyd-şərtsiz təsdiqini verib. Çinin rəsmi nümayəndələri hələlik bu qərarı təsdiqləməyiblər.
Çinin təsdiqi Avropa İttifaqının da iki şərtlə əsas razılaşmanın şərtlərini təsdiqləməsindən sonra gəldi. Microsoft iki 10 illik öhdəliyi yerinə yetirməlidir: Aİ-dəki bütün istehlakçılara istənilən platformada Activision Blizzard titullarını oynamağa icazə vermək və Activision Blizzard oyunları üçün xidmətlərdən istifadə etmək üçün lisenziya vermək.
Mənbə: Gazeta.ru

